Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə razılaşması imzalayıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Alman mediası bu razılaşmanın bölgədəki güc balansına təsir edə biləcəyini yazıb.
Razılaşma üç ölkə arasında müdafiə əməkdaşlığını nəzərdə tutur. Sənəd xüsusilə bölgədə təhlükəsizlik məsələləri baxımından diqqət çəkib. Alman mediası Türkiyənin bu addımını bölgədə artan rolunun göstəricisi kimi qiymətləndirib.
//Nəzər.Media
