Almaniyanın Əmək naziri Barbel Bas həm nazir, həm də Sosial Demokrat Partiyasının həmsədri vəzifəsindən istefa verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Bas qərarını şəxsi səbəblərlə əsaslandırıb.
Siyasətçi ögey qızının vəfatından sonra yasını yaşamaq üçün vaxta ehtiyacı olduğunu bildirib. O, hökumət tərəfdaşlarının tənqidlərinin də vəziyyəti çətinləşdirdiyini vurğulayıb. Bas parlamentdə deputat kimi fəaliyyətini davam etdirəcək.
//Nəzər.Media
