Almaniya kansleri Fridrix Merts Rusiyanın hibrid hücumlarına qarşı tədbirlərin gücləndiriləcəyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Merts lazım gələrsə Rusiyaya qəti və güclü cavab veriləcəyini deyib.
Merts Rusiyanın Almaniya və digər Avropa ölkələrinə qarşı hücumlar həyata keçirdiyini bildirib. O, məqsədin Ukraynaya yardımı dayandırmaq olduğunu deyib. Almaniya kibertəhlükəsizlik və müdafiə imkanlarını gücləndirir. Merts Ukraynaya dəstəyin davam edəcəyini də vurğulayıb.
//Nəzər.Media
