Almaniya yeni silah proqramı hazırlayır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, proqrama 12 milyard avro ayrılması planlaşdırılır.
Berlin Rusiyanı çəkindirmək üçün uzaqmənzilli raketlər almaq istəyir. Plana ucuz qanadlı raketlər, “Tomahawk” raketləri və gələcək hipersəs silahları daxildir. Almaniya bununla NATO-nun müdafiə imkanlarını gücləndirməyi hədəfləyir.
//Nəzər.Media
