Berlində Sol Partiyanın rəhbəri Elif Eralpın hökumət başçısı olmaq planı çətinləşib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Sosial Demokratlar Partiyası (SPD) və Yaşıllar Partiyası danışıqları dayandırıb.
Buna səbəb Sol Partiyanın deputatlarının imzaladığı bəyanat olub. Sənəddə İsrailin mövcud olmaq hüququna dəstək və antisemitizmlə mübarizə öhdəliyi yer alıb. Beləliklə, Berlində üçpartiyalı koalisiya qurulması ehtimalı zəifləyib.
//Nəzər.Media
