Almaniyada yeni qanun layihəsi qəbul edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, viza müraciətlərində süni intellektdən istifadə olunacaq.
Yeni sistem müraciət sənədlərini yoxlayacaq və məlumatları təhlil edəcək. O, uyğunsuz məlumatların müəyyən edilməsində əməkdaşlara kömək edəcək. Buna baxmayaraq, viza və sığınacaq müraciətləri ilə bağlı yekun qərarı insanlar verəcək. Bəzi ictimai təşkilatlar bu yeniliyə etiraz ediblər. Onlar süni intellektin səhv və qərəzli nəticələr çıxara biləcəyini bildiriblər. Tənqidçilər miqrantların hüquqlarının risk altına düşə biləcəyini də vurğulayıblar.
//Nəzər.Media
