• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

Altay Göyüşov 6 il müddətinə azadlıqdan məhrum EDİLDİ

18 Fevral, 26 / 19:14
A A
Altay Göyüşov 6 il müddətinə azadlıqdan məhrum EDİLDİ

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Nəzər.Media APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Altay Göyüşovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə müşavirədən sonra qiyabi hökm oxunub. Hökmə əsasən, Altay Göyüşov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin ötən il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Altay Göyüşovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 20 aprel 2020-ci ildə “YouTube” internet platformasında “Düz Danışaq” adlı kanalda və 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə “Altay Göyüşov” adlı Facebook kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Previous Post

Prezident İlham Əliyev Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif edib - Sərəncam

Next Post

Hava kəskin DƏYİŞİR - Güclü külək XƏBƏRDARLIĞI

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.