“Amazon” süni intellekt bölməsində ixtisarlara başlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bəzi əməkdaşların işinə son verilib.
Şirkət bildirib ki, əsas məqsəd ən vacib layihələrə daha çox diqqət ayırmaqdır. Bunun üçün bəzi vəzifələrin ləğv edilməsinə qərar verilib. Amazon eyni zamanda süni intellekt sahəsinə investisiyaların davam edəcəyini açıqlayıb. Şirkət ixtisara düşən əməkdaşlara keçid dövründə dəstək göstəriləcəyini də bildirib.
//Nəzər.Media
