Türkiyənin Xarici İşlər Naziri Krım tatarları və çərkəzlərin sürgünü ilə bağlı açıqlama yayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, Krım tatarları illər əvvəl doğma yurdlarından zorla köçürülüblər.
Açıqlamada yüz minlərlə insanın ağır şəraitdə həyatını itirdiyi vurğulanıb. Türkiyənin Krım tatarlarına dəstəyini davam etdirəcəyi qeyd olunub. Krımın ilhaqından sonra vəziyyətin daha da ağırlaşdığı bildirilib.
//Nəzər.Media
