Anqolanın Lisima dağlıq bölgəsində yeni canlı növləri aşkar edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, alimlər bir neçə yeni iynəcə və çəyirtkə növü müəyyən edib.
Həmçinin onlarla yeni kəpənək və güvə növü tapılıb. Tapılanlar arasında qəribə və nadir həşəratlar da var. Araşdırmaların davam edəcəyi bildirilir.
//Nəzər.Media
