Alimlər Antik Misirin ilk sülaləsi dövrünə aid 46 kəlləni araşdırıblar. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, araşdırmada 18 kəllədə ölümcül sınıq və xəsarətlər aşkarlanıb.
Xəsarətlərin bəzilərinin ölümə yaxın vaxtda yarandığı müəyyənləşib. Bu fakt həmin insanların zorakılıq nəticəsində öldüyünü göstərir. Alimlər onların hökmdarın ölümündən sonra qurban edilmiş ola biləcəyini düşünür.
//Nəzər.Media
