• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı ictimaiyyətə məlumat verildi

15 Aprel, 26 / 21:06
A A
AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı ictimaiyyətə məlumat verildi

14 aprel 2026-cı il tarixində “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans və AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı brifinq keçirilib.

Brifinqdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQEM-in Azərbaycan sədirliyində Qadınlar Şurasının yaradılması təşəbbüsünün əhəmiyyətini qeyd edib və əldə edilən nəaliyyətlərdən danışıb.

Sədr vurğulayıb ki, AQEM və Azərbaycan höküməti arasında digər sahələrlə yanaşı qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində davamlı əməkdaşlıq aparılacaq: “Biz həm də qadın və uşaqların maraqlarını Qadınlar Şurası sayəsində AQEM-də irəli sürəcəyik”.

Öz növbəsində AQEM-in Baş katibi Kayrat Sarıbay Təşkilatın bu günə qədər olan fəaliyyətindən bəhs edərək, Qadınlar Şurasının yaradılmasını uğurlu təşəbbüs kimi qiymətləndirib. K.Sarıbay sülh naminə birlik olmaq üçün qadınların səsinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

Jurnalistlərə tədbir çərçivəsində əldə olunan nəticələr, qadınların rolunun gücləndirilməsi istiqamətində görülən işlər və Şuranın gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib, onların sualları cavablandırılıb.

Brifinq zamanı beynəlxalq konfrans çərçivəsində müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndələrin və akademik dairələrin iştirakı ilə qadın sahibkarlığı, rəqəmsallaşma, innovativ inkişaf və iqlim dəyişikliklərinə qarşı mübarizədə qadın liderliyinin rolu kimi qlobal mövzular üzrə müzakirələrin aparıldığı diqqətə çatdırılıb. Aparılmış müzakirələrin qadınların iqtisadi və sosial proseslərdə iştirakının genişləndirilməsi, rəqəmsal imkanlardan səmərəli istifadənin təşviqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

 

Previous Post

Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI - RƏSMİ

Next Post

Statistika Şurasının sədri DƏYİŞDİ

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.