Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Şamaxı şəhər stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “sarı-göylər”in görüşünü Rəşad Əhmədov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Araz-Naxçıvan”ın start heyəti:
99. Tərlan Əhmədli(GK)
29. Ceyhun Nuriyev
2. Abdulla Rzayev
9. Ağadadaş Salyanskiy
27. Boyan Letiç
6. Patrik Andrade (C)
17. İssuf Paro
11. Mohamed Mara
12. Bruno Franko
5. Luka Dumançiç
23. Alberto Fernandes
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
1. Artur Auqusto(GK)
14. Ülvi İsgəndərov
10. Şarl Boli
8. Mustafa Əhmədzadə
26. Ömər Buludov
19. Abdallah Sudi
13. Qabil Əlizadə
53. Fərid Tağıyev
21. İbrahim Piriyev
“Araz-Naxçıvan”ın baş məşqçisi:Yuri Maksimov
“Kəpəz”in start heyəti:
1. Rojerio Santos(GK)
34. Urfan Abbasov (C)
7. Namik Ələskərov
9. Kennet Kalunqa
66. David Domqjoni
11. Viktor Stina
33. Benito
3. Mahamadu Ba
14. Adama Fofana
4. Mate Abuladze
27. Desmond Akua
“Kəpəz”in ehtiyat oyunçuları:
94. Rəşad Əzizli(GK)
81. Elgün Bayramov(GK)
20.Rafael Məhərrəmli
5. Hüseyn Babayev
10. Rəhman Hacıyev
2. Arzu Atakişiyev
6.Vadim Abdullayev
8. Şakir Seyidov
17. Ümid Səmədov
19. Fərid Kələntərov
70. Şahnur İsmayılov
23. Raul İsaqov
“Kəpəz”in baş məşqçisi:Azər Məmmədov
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Sabah”ı qəbul edəcək. “Ağ-qaralar”la “bayquşlar”ın görüşünü Rauf Cabarov idarə edəcək.
Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Mavi qartallar”la “Şirlər”in görüşünü Fərid Hacıyev idarə edəcək.
Günün ikinci qarşılaşmasında gənclər şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Qəbələ”ni qəbul edəcək. “Kimyaçılar”la “qırmızı-qaralar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Turun digər görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “İmişli” “Yevlax şəhər stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Pələnglər”lə “köhlən atlar”ın görüşünü Elvin Bayramov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Şəfa” “SOCAR Polymer Arena”da “Turan Tovuz”u qəbul edəcək. Bakı təmsilçisi ilə “boz qurd”un görüşünü Əli Əliyev idarə edəcək.
