
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Araz-Naxçıvan”-“Karvan-Yevlax” oyunu başa çatdı. Gərgin keçən matç 2:1 “Araz-Naxçıvan”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 51-ci dəqiqəsində Kayl Spens qolu ilə “Araz-Naxçıvan” hesab arasındakı fərqi azaltdı-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-2:1
xxxxx
“Araz-Naxçıvan”-“Karvan-Yevlax” oyununda ilk hissə sona çatdı. İlk hissədən sonra “Araz-Naxçıvan” 2:0 hesab ilə irəlidədir.
xxxxx
Oyunun 40-cı dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın ikinci topuna imza atdı-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-2:0
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Karvan-Yevlax”ı qəbul edir. Muxtar Respublika təmsilçisi ilə Yexlax təmsilçisinin görüşünü Kamranbəy Rəhimov idarə edir. Artıq oyunun 37-ci dəqiqəsində “Araz-Naxçıvan” Hamidu Keytanın qolu ilə hesabı açdı-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-1:0
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Kimyaçılar”la “şirlər”in görüşünü Cavid Cəlilov idarə edəcək.
Turun digər görüşləri şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Pələnglər”lə “bayquş”ların görüşünü Rauf Cabarov idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Mavi qartallar”la “köhlən atlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq.Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Sarı-göylərlə” “boz qurdu”un qarşılaşmasını Tural Qurbanov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Qırmızı-qaralarla” “Ağ-qaralar”ın görüşünü
