
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Zirə”ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “mavi qartallar”ın görüşünü Rauf Cabarov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Araz-Naxçıvan”ın start heyəti:
12. Kristian Avram(GK)
3. Bəxtiyar Həsənalızadə (C)
5. Slavik Alxasov
8. Coşqun Diniyev
4. Rahil Məmmədov
26. Ömər Buludov
16. Ramon Maçado
6. Patrik Andrade
7. Hamidu Keyta
10. Felipe Santos
19. Bar Kohen
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
77. Bruno Franko
70. Şarl Boli
23. Nuno Rodriqes
11. Ba-Muaka Simakala
14. Ülvi İsgəndərov
17. İssuf Paro
“Araz-Naxçıvan”ın baş məşqçisi:Andrey Demçenko
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
32. Qismət Alıyev (C)
19. Rüfət Abdullazadə
26. Stefan Aka
25. Enrike Kustodio
9. Davit Volkov
10. Giorgi Papunaşvili
30. Rikardo Martins
5. Ange Mutsinzi
17. Ayron Qomis
22. Eren Aydın
“Zirə”nin ehtiyat oyunçuları:
13. Aydın Bayramov(GK)
7. Rövlan Muradov
29. Ceyhun Nuriyev,
70. Namik Ələskərov
11. Junior Martins
28. Leroy Mikels
73. Anatoli Nuriyev
21. Hacıağa Hacılı
8. İsmayıl İbrahimli
14. Elçin Əlicanov
20. İssa Cibrila
6. Eldar Quliyev
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadion”unda “Neftçi”ni qəbul edəcək. “Şirlər”lə “ağ-qaralar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Qırmızı qaralar”la Yevlax təmsilçisinin görüşünü Kamal Umudlu idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “İmişli”ni qəbul edəcək. “Boz qord”la “pələnglər”in görüşünü Fərid Hacıyev idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Köhlən atlar”la “bayquşlar”ın görüşünü Tural Qurbanov idarə edəcək.
Bu gün daha bir qarşılaşma baş tutub.
Günün açılış qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 2-ci dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açıb-“Kəpəz”-“Sumqayıt”-1:0. Oyunun 19-cu dəqiqəsində Luis Paçu “Kəpəz”in ikinci qoluna imza atıb-“Kəpəz”-“Sumqayıt”-2:0. Oyunun 40-cı dəqiqəsində Luis Paçu penatidən dubl edərək özünün ikinci və “Kəpəz”in üçüncü topuna imza atıb-“Kəpəz”-“Sumqayıt”-3:0. İlk hissə “Kəpəz”in 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində “Sumqayıt” azlıqda qalıb. Komadanın heyətindən Nikola Ninkoviç ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-“Kəpəz”-“Sumqayıt”-3:0. Bu oyunda yadda qalan son hadisə oldu və “Kəpəz” 3 xalı 3 cavabsız qolla qazandı.
