
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Karvan-Yevlax”-“Araz-Naxçıvan” oyunu başa çatdı. Gərgin keçən matç 0:2 “Araz-Naxçıvan”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 50-ci dəqiqəsində Felipe Santos penaltidən dubl edərək özünün və “Araz-Naxçıvan”ın ikinci topuna imza atdı-“Karvan”-“Yevlax”-0:2
xxxx
“Karvan-Yevlax”-“Araz-Naxçıvan” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Araz-Naxçıvan” -0:1 hesabı ilə irəlidədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin etsədə də biri təxirə salınıb.
Günün ilk qarşılaşmasında “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edir. Yevlax təmsilçisi ilə Muxtar Respublika təmsilçisinin görüşünü İnqilab Məmmədov idarə edir.Artıq oyunun 32-ci dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Araz-Naxçıvan”-0:1
Günün ikinci oyunu olan və “Palms Sports Arena”da baş tutmalı olan “Neftçi”-“Qarabağ” oyunu “Qarabağ”ın avrokuboklardakı matçı ilə əlqədar olaraq təxirə salınıb.
Turun son görüşləri bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpi Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Pələnglər”lə “Şirlər”in oyunu Rəşad Əhmədov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Bayquşlar”la “sarı-göylər”in oyununu Əliyar Ağayev idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turuna dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.
Günün və turun açılış matçında “Turan Tovuz” “Azersun Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Turan Tovuz” Filpp Ozobiçin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Zirə”-1:0. Oyunun 19-cu dəqiqəsində Xorve Silva “Turan Tovuz”un ikinci topuna imza atıb-“Turan Tovuz”-“Zirə”-2:0. Görüşün ilk hissəsi “Turan Tovuz”un 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və matç 2:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Sumqayıt”-“Qəbələ”-0:0. Oyunun ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“Sumqayıt”-“Qəbələ”-0:0
