• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

ARIFA ETHNO “Qobustan” kolleksiyasını Milli Geyim Günündə təqdim etdi - VİDEO-FOTOLAR

20 Sentyabr, 26 / 22:42
A A
ARIFA ETHNO “Qobustan” kolleksiyasını Milli Geyim Günündə təqdim etdi - VİDEO-FOTOLAR

Azərbaycan milli xalça ornamentlərindən ilhamlanaraq yaradılan ARIFA ETHNO sayca dördüncü – “Qobustan” kolleksiyasını təqdim edib.

Nəzər.Media xəbər verir ki, kolleksiya İçərişəhərdə keçirilən Milli Geyim Günündə təqdim edilib.

“Qobustan” kolleksiyasının əsas ilham mənbəyi Azərbaycanın qədim tarixinin və mədəni irsinin mühüm simvollarından biri olan Qobustan qayaüstü rəsmləridir. Minilliklər əvvəldən günümüzə qədər gəlib çatan bu təsvirlər qədim insanların həyat tərzini, dünyagörüşünü, təbiətlə münasibətini və gündəlik yaşamını əks etdirir.

ARIFA ETHNO bu qədim izləri müasir moda dili ilə yenidən təqdim edərək keçmişlə bu günü bir araya gətirir. Kolleksiyada qədim simvollar, milli ornamentlər və müasir dizayn elementləri bir-birini tamamlayaraq fərqli və zərif obraz yaradır. “Qobustan” yalnız geyim və aksesuar kolleksiyası deyil, Azərbaycanın qədim irsinin, milli ornamentlərinin və mədəni yaddaşının müasir moda vasitəsilə yaşadılması ideyasını daşıyır. Yeni kolleksiyanın rəngləri də məhz bu missiyaya xidmət edir.

ARIFA ETHNO-nun yaradıcısı Arifə Əliyeva bildirib ki, yeni layihələr bununla bitmir. Brend yaxın günlərdə daha iki xüsusi kolleksiyanı — “NAR” və böyük qürur hissi ilə “ZƏFƏR” kolleksiyasını təqdim etməyə hazırlaşır. Hər iki kolleksiya ARIFA ETHNO-nun əsas fəlsəfəsini — Azərbaycanın qədim irsini, milli ornamentlərini və mədəni yaddaşını müasir moda ilə birləşdirmək ideyasını davam etdirir.

Xüsusilə “NAR” kolleksiyasında Azərbaycan mədəniyyətində bolluğun, bərəkətin və gözəlliyin simvolu olan nar obrazının fərqli interpretasiyası təqdim olunacaq.

“ZƏFƏR” kolleksiyası isə milli qürur, güc və tariximizin yaddaşında xüsusi yer tutan Zəfər ruhundan ilhamlanacaq.

Arifə Əliyevanın öz kolleksiyalarını şəxsən fərqli obrazlarda təqdim etməsi də brendə xüsusi dinamika və fərdilik qazandırır. O, yalnız brendin yaradıcısı deyil, eyni zamanda onun siması və kolleksiyaların təqdimatında əsas obrazlardan biridir.

 

 

Previous Post

Günayın tətil - FOTOLAR

Next Post

Berlin seçkisində Elif Eralp diqqət çəkir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.