Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Tekirdağda baş verib.
Qəza zamanı avtomobil aşıb. Zərbənin nəticəsində avtomobil ikiyə bölünüb. Hadisə zamanı avtomobilin sürücüsü yaralanıb. O dərhal xəstəxaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Sürücünün sərxoş olduğu müəyyən edilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
