• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

“ASAN xidmət” “Təchizat Zəncirində Süni İntellekt” mövzusunda təlim reallaşdıracaq

01 Aprel, 26 / 20:16
A A
“ASAN xidmət” “Təchizat Zəncirində Süni İntellekt” mövzusunda təlim reallaşdıracaq

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

25 aprel 2026-cı il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Təchizat Zəncirində Süni İntellekt” mövzusunda interaktiv təlim proqramı təşkil olunacaq.

Proqram müasir biznes mühitində süni intellekt texnologiyalarının təchizat zənciri proseslərinə inteqrasiyasını əhatə edir və bu sahədə fəaliyyət göstərən rəhbər şəxslər, menecerlər və mütəxəssislər üçün nəzərdə tutulub.

6 saatlıq intensiv proqram çərçivəsində iştirakçılara təchizat zəncirində ən kritik problemlər və onların süni intellekt əsaslı həll yolları təqdim olunacaq. Eyni zamanda tələb proqnozlaşdırması, inventar optimallaşdırması və logistika planlaması üzrə müasir yanaşmalar izah ediləcək.

Risklərin qabaqcadan aşkarlanması və operativ qərarvermə üzrə praktik yanaşmalar beynəlxalq real keyslər əsasında təqdim olunacaq. İştirakçılar bu yanaşmaları tətbiq edərək 90 günlük pilot layihə planlarının hazırlanması, “quick-win” strategiyalarının müəyyənləşdirilməsi, investisiya effektivliyinin (ROI) qiymətləndirilməsi və risk analizinin aparılması üzrə əsas bacarıqları interaktiv sessiyalar vasitəsilə mənimsəyəcəklər.

Təlim Türkiyədən dəvət olunmuş, təchizat zənciri və rəqəmsal transformasiya sahəsində geniş beynəlxalq təcrübəyə malik ekspert tərəfindən təqdim olunacaq.

Əsas məqsəd şirkətlərdə məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması, süni intellekt texnologiyalarının effektiv tətbiq sahələrinin müəyyənləşdirilməsi və biznes proseslərində rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Yer sayı məhdud olduğundan erkən müraciət edənlərə üstünlük verilir.

Qeydiyyat üçün keçid: https://docs.google.com/forms/d/e/1FAIpQLSdHbLgTe_rIdffJvXk5YNljzz0gfzMuhhNbas_60oByhnSQpw/viewform

Previous Post

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Next Post

Aprelin 1-dən daxili su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.