2026-cı ilin ilk yarısında Asiya birjalarında ən yüksək artım Cənubi Koreyada qeydə alınıb. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, Kospi indeksi süni intellekt və yarımkeçirici sektorunun təsiri ilə 100 faizdən çox yüksəlib.
Yaponiya birjası da güclü artım nümayiş etdirib. Çində yüksəliş məhdud olub. Honkonq birjası isə ilk yarını enişlə başa vurub. Analitiklər yüksəlişdə süni intellekt texnologiyalarına artan tələbatın əsas rol oynadığını bildirirlər.
//Nəzər.Media
