• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Astarada sitrus bağları susuz qalıb - VİDEO

10 Oktyabr, 26 / 0:08
A A
Astarada sitrus bağları susuz qalıb - VİDEO

Astaranın dağ kəndində sitrus bağları susuz qalıb.

Nəzər.Media Xəzər TV-yə istinadən bildirir ki, rayonun Kijəbə qəsəbəsinin Qəcimarda kəndində su qıtlığı sakinlərin sitrus təsərrüfatına ciddi ziyan vurub.

Xüsusilə naringi bağlarında vəziyyət ürəkaçan deyil.

Sakinlərin sözlərinə görə, yay aylarından başlayaraq su çatışmazlığı səbəbindən bağlardakı naringi ağaclarını lazımi səviyyədə suvara bilməyiblər. Nəticədə meyvələr böyüməyib, məhsuldarlıq isə kəskin aşağı düşüb.

Sakinlər deyirlər ki, əvvəllər kəndin su təminatı Lovayın su anbarından çəkilən xətt vasitəsilə həyata keçirilib. Sonrakı illərdə xətt sıradan çıxıb və bərpa olunmayıb. Sakinlər illərdir həm naringi bağlarını suvarmaq, həm də məişət ehtiyaclarını qarşılamaq məqsədilə suyu Pensər çayından götürürlər.

Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, Qəcimarda kəndinin su ilə təminatı onların xidməti ərazisinə daxil deyil. Sakinlər su ehtiyaclarını dağdan gələn çayın hesabına ödəyirlər. Quraq aylarda çayda suyun səviyyəsinin aşağı düşməsi isə ərazidə su çatışmazlığına səbəb olub. İdarədən o da qeyd edildi ki, sakinlər tərəfindən müraciət olunarsa, ərazi üçün müvafiq layihə hazırlanaraq su xəttinin çəkilməsi təmin edilə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.

 

Previous Post

Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir

Next Post

Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.