Yeni araşdırma ata olmağın kişilərin beynində dəyişiklik yaratdığını göstərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, bu dəyişiklik körpənin ehtiyaclarını daha yaxşı anlamağa kömək edir.
Araşdırmaya görə, atalarda qayğı və mərhəmət hissi ilə bağlı hormonların səviyyəsi artır. Beynin empati və təhlükəni dərk edən hissələrinin də inkişaf etdiyi qeyd olunur.
//Nəzər.Media
