“Google” istifadəçilərin məkan məlumatlarının işlənməsi ilə bağlı cərimələnib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası şirkətə 403 milyon avro cərimə tətbiq edib.
Araşdırmada Google-ın məkan məlumatlarından qaydalara zidd istifadə etdiyi müəyyənləşdirilib. Komissiya şirkətin məlumatların istifadəsi barədə kifayət qədər şəffaf olmadığını bildirib. “Google”a məlumatların işlənməsini altı ay ərzində qaydalara uyğunlaşdırmaq tapşırılıb.
//Nəzər.Media
