Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını təxminən 1600 nəfər və qurumla genişləndirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qərar Rusiyanın hərbi sənayesini hədəf alır.
Sanksiyalar ballistik raket və pilotsuz uçuş aparatlarının istehsalı ilə əlaqəli şəxsləri və şirkətləri əhatə edir. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas yeni qərarı açıqlayıb. Sanksiyaya məruz qalan şəxslərin və qurumların ümumi sayı təxminən 4600-ə çatıb.
//Nəzər.Media
