Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.
-63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb.
Sabah turnirdə daha 10 cüdoçumuz mübarizəyə qoşulacaq.
