Avstraliyada quş qripi ilə bağlı narahatlıq artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, H5 virusunun yayılması təsdiqlənib.
Məlumata görə, virus Cənubi Avstraliya ştatında vəhşi quşlar arasında yerli şəkildə yayılıb. Rəsmilər yaxın vaxtlarda yeni yoluxma hallarının aşkarlanacağını istisna etmirlər. Bu, H5 virusunun ölkədə vəhşi quşlar arasında yayılmasının ilk rəsmi təsdiqidir. Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını bildiriblər.
//Nəzər.Media
