Avstraliyada sosial şəbəkələr üçün yeni qanun layihəsi hazırlanıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, layihəyə görə, istifadəçilər alqoritmin tövsiyə etdiyi paylaşımları görüb-görməməyə qərar verəcək.
Platformalar bu seçim barədə istifadəçilərə məlumat verməli olacaq. Alqoritmdən imtina edənlər yalnız izlədikləri hesabların paylaşımlarını görəcəklər. Qərarın sosial şəbəkələrdə məzmun seçiminə təsir edəcəyi gözlənilir.
//Nəzər.Media
