Macarıstanda yol qəzası baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qəza Budapeşt Niredyqaza şəhəri arasında baş verib.
Qəza zamanı polşalı turistləri daşıyan avtobus aşıb. Hadisə zamanı 12 nəfər ölüb. Qəza 47 nəfərin yaralanmasına səbəb olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Polşa hökuməti yaralıların ölkəyə gətirilməsi üçün Macarıstana xüsusi təyyarə göndərib.
//Nəzər.Media
