• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Ayan Ələsgərlinin təəssüratları: Qalib ölkənin qalib gənclərinin festivalı

24 Oktyabr, 26 / 19:57
A A
Ayan Ələsgərlinin təəssüratları: Qalib ölkənin qalib gənclərinin festivalı

Bu gün ilk dayanacağım Azərbaycan idmanının məbədi sayılan “Tofiq Bəhramov adına Respublika Stadionu” oldu. Burada şanlı Vətənimizin qəhrəman övladları bir araya gəlmişdi. Gənclər bu dəfə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “GənclikFest” festivalının açılış mərasimi üçün möhtəşəm arenanın qarşısına toplaşmışdılar.

Festival əzəmətli dövlətimizin əzəmətli Dövlət Himninin səsləndirilməsi ilə başladı. Gələcəyimiz olan gənclərimizin bir nəfər kimi himnimizi ürəkdən oxuması Vətən sevgisinin onlar üçün nə qədər müqəddəs olduğunu bir daha nümayiş etdirdi. Bu möhtəşəm mənzərə təkcə qürurverici an deyil, həm də dünyaya ünvanlanan aydın bir mesaj idi: Azərbaycan gəncliyi öz dövlətinə, xalqına və Vətəninə bağlıdır. Himnimizin sədaları dostlarımıza güvən, düşmənlərimizə isə göz dağı oldu.

Gənclərimiz himnimizin “Minlərlə can qurban oldu” misralarını səsləndirərkən Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, eyni zamanda, milli ruhun və mübarizə əzminin nəsildən-nəslə ötürüldüyünü nümayiş etdirirdilər. Bu mənzərə bir daha göstərdi ki, qalib Azərbaycanın gəncliyi Vətənin müstəqilliyini, suverenliyini və əldə etdiyi Zəfəri qorumağa hazırdır.

Belə gənclərin yaşadığı ölkə daim zəfərlərə layiqdir!

Gənclər siyasəti dövlətimiz üçün strateji prioritetlərdən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 1994-cü ildə MDB məkanında ilk dəfə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənc nəslə verdiyi önəmin mühüm göstəricilərindən biri idi. Ulu Öndər yaxşı bilirdi ki, güclü dövlətin qurulması və davamlı inkişafı cəmiyyətin avanqard qüvvəsi olan gənclərin fəallığından, onların müasir düşüncəsindən və innovativ ideyalarından ayrı təsəvvür edilə bilməz.

Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycanda gənclərə diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi dövlətin yaratdığı imkanlardan yararlanaraq ölkənin ictimai, siyasi, elmi, mədəni və idman həyatında fəal iştirak edir, milli maraqların qorunmasına və dövlətimizin gələcəyinin qurulmasına öz töhfəsini verir.

Prezident İlham Əliyevin gənclər siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu gün “GənclikFest” festivalında gördüklərim də bunun əyani nümunəsi idi. Nazirliyin əməkdaşlarının hər bir gəncə xüsusi diqqət göstərməsi, iştirakçıların rahatlığını və asudə vaxtlarının səmərəli təşkilini təmin etmək üçün səylə çalışması bir gənc kimi məndə böyük təəssürat yaratdı. Bu münasibət məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də dövlət qurumlarına olan etimadımı daha da artırdı.

Gənclər və idman naziri cənab Fərid Qayıbovun festivalda iştirakı, gənclərlə səmimi ünsiyyət qurması və onlarla vaxt keçirməsi də xüsusi qeyd olunmalıdır. Çünki gənclər üçün rəhbərlərin yalnız rəsmi tədbirlərdə iştirakı deyil, onlarla bir araya gəlməsi, fikirlərinə və təşəbbüslərinə dəyər verməsi də böyük əhəmiyyət daşıyır. Belə anlar gənclərdə dövlətə bağlılığı, gələcəyə inamı və yeni uğurlara nail olmaq həvəsini gücləndirir.

“GənclikFest” mənim üçün sadəcə bir festival deyil, qalib Azərbaycanın gəncliyinin birliyini, enerjisini, vətənpərvərliyini və gələcəyə olan inamını əks etdirən möhtəşəm bir hadisədir. Burada gördüyüm mənzərə bir daha sübut etdi ki, gənclərinə güvənən dövlətin gələcəyi də güclü və etibarlıdır. Çünki bu günün gəncləri sabahın qurucuları, dövlətimizin gələcək uğurlarının təminatçılarıdır.

Sonda ölkə gənclərinə göstərilən diqqət və qayğıya görə dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, gənclər və idman naziri cənab Fərid Qayıbova, eləcə də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.

Qalib Azərbaycanın qalib gəncliyi ilə qürur duyuram!

Xüsusi olaraq Nəzər.Media saytı üçün

Ayan Ələsgərli

“İrs Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin üzvü

Previous Post

“Qızımı belə böyütməməli idim“

Next Post

“Sənət öyrədib, reklam etdiklərimin xəyanəti…”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.