Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkil etdiyi “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri başa çatıb.
Nəzər.Media-nın Mingeçevirə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Füzulidə yerləşən Köndələnçay su anbarından start götürən yarış Mingəçevirdə yekunlaşıb. Azərbaycan təmsilçiləri turnirdə ümumilikdə 22 medal qazanıblar. Onlardan 7-si qızıl, 5-i gümüş, 10-u isə bürünc medal olub. Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edib.
//Nəzərbəy Hacıağayev, Nəzər.Media
