Dünən futbol üzrə Azərbaycan 1-ci Liqasında III tura start verilib. PFL bu günə üç qarşılaşma təyin edib.
I qarşılaşmasında “Şimal” “Şamaxı OİK stadionu”nda “Şahdağ Qusar”ı qəbul edib. Qarşılaşmanı Namiq Bəkirov idarə edib. Qarşılaşma 1:4 “Şahdağ Qusar”ın xeyrinə başa çatıb.
“Şimal”-“Şahdağ Qusar”-1:4
Qollar: 74. Ceyhun Kəlbəliyev(1:2) //7. Urfan İsmayılov(0:1), 37. Seymur Məmmədov(0:2), 83. Famil Camalov(1:3), 86. Mehrac Baxşalı(1:4)
Qırmızı vərəqələr: //
II qarşılaşmada “Mingəçevir” “Y.M. Mingəçevir ş. st. (e.m.)”da “Gəncəbasar”ı qəbul edib. Qarşılaşmanı Nazim Abdullayev idarə edib. Matçda “Gəncəbasar” 3 xalı 3 cavabsız qolla qazanıb.
“Mingəçevir”-“Gəncəbasar”-0:3
Qollar: // 39. Dileyn Açimi(p)(0:1), 73. Dileyn Açimi(p)(0:2), 80. Süleyman Əhmədov(0:3)
Qırmızı vərəqələr: //
III qarşılaşmada “Baku Sportinq” “Baku Sportinq Arena”da “Səbail”i qəbul edib. Qarşılşamanı Ceyhun Hüseynov idarə edib. Qarşılaşma 0:1 “Səbail”in xeyrinə başa çatıb.
“Baku Sportinq”-“Səbail”-0:1
Qollar: // 28. Yan Said(0:1)
Qırmızı vərəqələr: //
Cümə günü bir qarşılaşma baş tutacaq.
Günün yeganə turun sonuncu qarşılaşmasında “Xankəndi” MOİK-i qəbul edəcək. Qarşılaşmanı Niyaz Əhmədov idarə edəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan 1-ci Liqasının III turuna dünən start verilib. Açılış günündə bir qarşılaşma baş tutub.
Günün yeganə və turun açılış qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax şəhər stadionu”nda “Zaqatala”nı qəbul edib. Qarşılaşmanı Kamran Əliyev idarə edib. Görüşdə “Karvan-Yevlax” üç xalı üç cavabsız toqla qazanıb.
“Karvan-Yevlax”-“Zaqatala”-3:0
Qollar: 14. İbrahim Əliyev(1:0), 22. İbrahim Əliyev(2:0), 45+3. Elçin Mustafayev(3:0) //
Qırmızı vərəqələr: //6. Elxan Məmmədov
