Dünən futbol üzrə Azərbaycan I Liqasında II tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
I oyunda “Zaqatala” “Zaqatala OİK stadionu”nda “Baku Sportinq”i qəbul edib. Qarşılaşmanı Ruslan Quliyev idarə edib.
“Zaqatala”-“Baku Sportinq”-3:0
Qollar: 52. İbrahim Ramazanov(1:0), 61.Əsədulla Heydərov(2:0), 88.Əfqan Əliyev(3:0) //
Qırmızı vərəqələr: //
II oyunda “Səbail” “Binə qəsəbə stadionu”da “Mingəçevir”i qəbul edib. Qarşılaşmanı Səbuhi Bayramov idarə edib.
“Səbail”-“Mingeçevir”-2:1
Qollar: 11.Yan De Vaskonselos(1:0), 28.Abbas Ağazadə(2:0) //61. Samson Oqunmola(2:1)
Qırmızı vərəqələr: //
III oyunda “Gəncəbasar” “Gəncə şəhər stadionu”nda “Xankəndi”ni qəbul edib. Qarşılaşmanı Rövşən Rəcəbov idarə edib.
“Gəncəbasar”-“Xankəndi”-2:1
Qollar: 52.Dileyn Açimi(1:1),82.Dileyn Açimi(p)(2:1) //36.Musa Musazadə(0:1)
Qırmızı vərəqələr: //
Turun sonuncu görüşü sabah baş tutacaq.
Günün və turun sonuncu qarşılaşmasında MOİK “Binə qəsəbə stadionu”nda “Şimal”ı qəbul edəcək. Qarşılaşmanı Şamil İmanzadə idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan 1-ci Liqasının II turuna dünən start verilib. Turun açılış günündə bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Şahdağ Qusar” “Binə Qəsəbə Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşmanı İslam Məmmədov idarə edib.
“Şahdağ Qusar”-“Karvan-Yevlax”-2:0
Qollar: 15. İdir Butrif(1:0), 24. Joze Zenqo(2:0) //
Qırmızı vərəqələr: //
