• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı - 1,93 AZN-ə

24 Dekabr, 25 / 20:21
A A
Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı - 1,93 AZN-ə

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb.

Bu barədə “Radio Azatutyun” məlumat yayıb.

Bildirilib ki, “Ran Oil” şəbəkəsinin yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzinin litri 430 drama (1,93 AZN) satılır.

“Bu, premium sinif benzinin cari bazar qiymətindən (520 dram) əhəmiyyətli dərəcədə aşağıdır”, – Azərbaycan yanacağını alan “Mega Treyd” şirkətinin direktoru Karen Xayriyan bildirib.

Azərbaycandan alınan “Aİ-95” markalı benzinin Rusiyadan idxal edilən yanacaqdan 17% daha ucuz qiymətə satılacağı qeyd olunur.

Məlumata görə, “Mega Treyd” şirkəti 600 ton benzini birbaşa idxal etməyib, vasitəçi şirkətdən alıb. Vasitəçi şirkətin adı isə açıqlanmır.

Xatırladaq ki, dekabrın 18-də 22 vaqona yüklənmiş 1220 ton “Aİ-95” markalı yanacaq Ağstafadan Gürcüstana yola salınıb. Göndərilən neft məhsullarının ilk partiyası dekabrın 19-da Ermənistana çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1.60 AZN-dir.

//milli.az

Previous Post

Güclü qrip dalğası gəlir - Təyyar Eyvazovdan XƏBƏRDARLIQ

Next Post

“50 yaşında ərə getmək istəyirəm”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.