• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan birinciliyinə yekun vurulub

29 Mart, 26 / 22:58
A A
Azərbaycan birinciliyinə yekun vurulub

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

14 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Bu gün GİN-in Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda qarşılaşmalar keçirilb.
Oğlanlar arasında üçüncü yer uğrunda oyunda “Sumqayıt RVK” komandası “Bakı RVK”nı 2:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızların mübarizəsində isə “Möminə Xatun” komandası “Şərqi Zəngəzur RVK” klubuna 2:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.
Qızların final qarşılaşmasında “Turan” komandası “AZERRAIL”i 2:1 hesabı ilə məğlub edərək yarışın qalibi olub. Oğlanların final görüşündə isə “Naxçıvan” komandası “Oğuz RVK”nı 2:0 hesabı ilə üstələyərək çempionluğa yiyələnib.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qalib komandaları təbrik edib. O, hər il yeniyetmə və gənc voleybolçular arasında Azərbaycan birinciliklərinin maraqlı və gərgin mübarizədə keçdiyini bildirib. Qeyd edib ki, son illər paytaxtımızla yanaşı, regionlarda da bu idman növünün inkişafı istiqamətində mühüm addımlar atılır. Təsadüfi deyil ki, bu gün qızların U-14 birinciliyində məhz region təmsilçisi, Tovuzun “Turan” komandası çempion oldu, Naxçıvan təmsilçisi “Möminə Xatun” bürünc medala sahib çıxdı. Həmçinin oğlanların mübarizəsində Naxçıvan çempionluq qazandı.
O, çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin idmana, idmançılara göstərdiyi diqqət və qayğıdan da danışıb. Vurğulayıb ki, məhz dövlət başçısının bu diqqəti sayəsində ölkəmizdə uşaq voleybolu da inkişaf edir. Region komandalarının qazandıqları uğurlu nəticələr də bunu bir daha sübut edir. Ş.Bağırov yeniyetmə voleybolçuların valideynlərinə övladlarına bu yolda dəstək olduqları üçün təşəkkürünü bildirib, bir daha qalib voleybolçuları və məşqçiləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, AVF-nin Naxçıvan filialının prezidenti Vüqar Əliyev, “Sumqayıt” VK-nın prezidenti Tariyel Alverdiyev, “Oğuz” RVK-nın direktoru Bülbül Qasımov təqdim ediblər.
Beləliklə, qızların yarışında “Turan” komandası qızıl medal və kuboka layiq görülüb. “AZERRAIL” gümüş, “Möminə Xatun” isə bürünc medal qazanıb.
Oğlanların yarışında isə “Naxçıvan” komandası qızıl medal və kuboka sahib olub. “Oğuz RVK” gümüş, “Sumqayıt RVK” komandası isə bürünc medal əldə edib.
Sonda qalib və mükafatçı komandalarla xatirə şəkilləri çəkdirilib.
Azərbaycan birinciliyi (U-14)
29 mart
Qızlar
III YER
“Möminə Xatun” – “Şərqi Zəngəzur RVK” 2:1 (19:25, 26:24, 15:9)
Final
“AZERRAIL” – “Turan” 1:2 (13:25, 25:7, 12:15)

I yer – “Turan”
II yer – “AZERRAIL”
III yer – “Möminə Xatun”

Oğlanlar
III YER
“Sumqayıt RVK” – “Bakı RVK” 2:0 (25:12, 25:23)
Final
“Naxçıvan” – “Oğuz RVK” 2:0 (25:8, 25:15)

I yer – “Naxçıvan”
II yer – “Oğuz RVK”
III yer – “Sumqayıt RVK”

Previous Post

Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Next Post

Evinizi su basanda bu səhvi etməyin

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.