
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün AVF-nin idman zalında 16 yaşadək (U-16) qızlar və oğlanlar arasında voleybol üzrə Azərbaycan birinciliyinin yarımfinal oyunları keçirilib.
Qızların yarışında ilk yarımfinal qarşılaşmasında “AZERRAIL” komandası “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “AZERRAIL” finala vəsiqə qazanıb. Digər yarımfinal matçında isə “Şərqi Zəngəzur RVK” komandası “Xarı Bülbül-3” üzərində 3:0 hesablı qələbə qazanaraq finala yüksəlib.
Beləliklə, sabah keçiriləcək üçüncü yer uğrunda oyunda “Milli Aviasiya Akademiyası” və “Xarı Bülbül-3”, final görüşündə isə “AZERRAIL” və “Şərqi Zəngəzur RVK” komandaları qarşılaşacaqlar.
Günün ikinci yarısında oğlanlar arasında yarımfinal oyunları baş tutub. İlk yarımfinal qarşılaşmasında “Bakı RVK” komandası “Oğuz RVK” üzərində 3:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımfinal matçında isə “ Sumqayıt RVK ” “ Embawood ” komandasını 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə əldə edib.
Beləliklə, oğlanların yarışında üçüncü yer uğrunda oyunda “Oğuz RVK” və “Embawood”, final qarşılaşmasında isə “Bakı RVK” və “Sumqayıt RVK ” komandaları üz-üzə gələcəklər.
Sabah keçiriləcək üçüncü yer uğrunda və final görüşləri GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. Oyunlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Yarımfinal oyunlarınn nəticələri
14 mart
U-16 (qızlar)
“AZERRAIL” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:13, 25:20, 25:9)
“Xarı Bülbül-3” – “Şərqi Zəngəzur RVK” 0:3 (10:25, 9:25, 16:25)
Ünvan: AVF-nin idman zalı
U-16 (oğlanlar)
“Bakı RVK” – “Oğuz RVK” 3:0 (25:16, 25:17, 25:17)
“Sumqayıt RVK” – “Sumqayıt RVK” 3:1 (24:26, 25:21, 25:17, 25:15)
Ünvan: AVF-nin idman zalı
15 mart
U-16 (oğlanlar)
3-cü yer
09:00. “Oğuz RVK” – “Embawood”
U-16 (qızlar)
3-cü yer
11:00. “Milli Aviasiya Akademiyası” – “Xarı Bülbül-3”
U-16 (qızlar)
Final
13:00. “AZERRAIL” – “Şərqi Zəngəzur RVK”
U-16 (oğlanlar)
Final
15:00. “Bakı RVK” – “Sumqayıt RVK”
Oyunlardan sonra mükafatlandırma mərasimi
Ünvan: GİN-in Voleybol Mərkəzi
