• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq

09 İyul, 26 / 12:02
A A
Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq

2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2%-ə çatacağı gözlənilir.

Nəzər.Media “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur Bakıda “Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026” hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, 2026-cı ildə iqtisadi artım neft sektorunda sabitləşmə və qeyri-neft istehlakının tədricən bərpası hesabına sürətlənəcək.

Vael Mansur bildirib ki, Dünya Bankı 2026-cı ildə orta illik inflyasiyanın 5,8% olacağını proqnozlaşdırır. Bu, əsasən qlobal enerji və nəqliyyat xərclərinin təsiri ilə əlaqədardır. Bununla belə, 2027-2028-ci illərdə inflyasiyanın yenidən təxminən 4% səviyyəsinə enəcəyi gözlənilir.

O qeyd edib ki, 2027 və 2028-ci illərdə iqtisadi artımın orta hesabla 1,8% olacağı proqnozlaşdırılır. Dünya Bankına görə, orta müddətli fiskal konsolidasiya daxili tələbə müəyyən təsir göstərəcək.

Baş iqtisadçı vurğulayıb ki, hökumət ehtiyatlı makroiqtisadi siyasəti davam etdirəcək. Neft qiymətlərinin 2026-cı ildə büdcə və xarici sektorun profisitini müvəqqəti artıracağı gözlənsə də, orta müddətli fiskal çərçivə dövlət maliyyəsinin dayanıqlılığının qorunmasına yönəlib.

Onun sözlərinə görə, hökumətin hədəfi 2029-cu ilədək qeyri-neft gəlirlərinin ümumi büdcə gəlirlərində payını 61%-ə çatdırmaqdır. Dünya Bankı hesab edir ki, bu yanaşma bazarların etimadını gücləndirəcək, risk mühitini yaxşılaşdıracaq, kreditləşmə və birbaşa xarici investisiyalar üçün daha əlverişli şərait yaradacaq.

Vael Mansur əlavə edib ki, geosiyasi gərginliyin artması və qlobal ticarətdə mümkün pozuntular Azərbaycan iqtisadiyyatı üçün əsas aşağı yönlü risklər olaraq qalır. Bununla yanaşı, regional nəqliyyat əlaqələrinin genişlənməsi və davamlı sülh perspektivlərinin güclənməsi ölkə üçün yeni imkanlar yaradır. Onun fikrincə, bu imkanlardan istifadə etmək üçün iqtisadiyyatın yeni artım mənbələrinə ehtiyacı var və turizm ilə xidmət sektoru bu baxımdan əsas hərəkətverici qüvvələrdən biri ola bilər.

Previous Post

İslandiyan baş nazirinin Ankarada baxışları müzakirə yaratdı - VİDEO

Next Post

Pavel Durov Parisdə 6 saat dindirildi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.