• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən təşkil olunan ölkə çempionatı və kuboku uğurla yekunlaşıb

09 Avqust, 26 / 22:16
A A
Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən təşkil olunan ölkə çempionatı və kuboku uğurla yekunlaşıb

​Binə Atçılıq Mərkəzində baş tutan və bir neçə gün davam edən ölkə çempionatı və kuboku yarışları gərgin və maraqlı mübarizə şəraitində başa çatıb. Yarışda U15, U18 və böyüklər kateqoriyaları üzrə ölkənin ən güclü oxatanları öz qüvvələrini sınayaraq fəxri kürsü uğrunda yarışıblar.
​Mübarizəyə ilk olaraq U15 kateqoriyası üzrə idmançılar yekun vurublar. Hədəfi dəqiq nişan alan gənc oxatanlar arasında Selcan Məmmədli və Məhəmməd İsmayılov turnirin qızıl medallarına sahib olublar. Bu yaş kateqoriyasında Məryəm İbrahimli və Saleh Məmmədli gümüş, Zeynəb Abdullayeva və Əhməd İsmayılov isə bürünc medala layiq görülüblər.
​Yüksək iradə və əzmkar çıxışları ilə seçilən U18 kateqoriyası idmançılarının mübarizəsində də qaliblər müəyyənləşib. Sümeyyə Bədəlli və Sərdar Vəliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İkinci yeri Şəms Heybətova və Zahid Kazımzadə tutublar, Zəhra Carçılı və Hüseyn Məhərrəmov yarışın bürünc mükafatçıları olublar.
​Çempionatın ən böyük maraqla gözlənilən və gərgin keçən böyüklər kateqoriyasındakı görüşləri də yüksək ustalıq nümayişi ilə yaddaqalan olub. Təcrübəli idmançıların qarşılaşmasında Fatimə Hüseynli və Nurlan Rəhimli ölkə çempionu adını qazanaraq qızıl medala yiyələniblər. Lalə Əbdürəhmanova və Əli Qənbərli gümüş medalın sahibi olublar, Svetlana Simonova və Morozeviç Amiran üçüncü pillədə qərarlaşaraq bürünc medala sahib çıxıblar.
​Yarışların sonunda təntənəli mükafatlandırma mərasimi təşkil olunub. Fəxri kürsüyə yüksələn idmançılara medal və mükafatları Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva, Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, İdarə Heyətinin üzvü Sümbül Turabova və “Target Archery Club”ın direktor müavini Mehdi Məmmədov təqdim ediblər. Mükafatlandırma mərasiminin ardından ölkə çempionatı və kuboku rəsmi olaraq bağlı elan olunub.

Previous Post

“Azərişıq” ASC Xocalı və Xocavəndin bir sıra ərazilərində elektrik təsərrüfatını yeniləyir

Next Post

Azərbaycan milli komandası beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.