Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub. I təsnifat mərhələsi maraqlı oyunlarla yadda qalıb.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsinə Çərşənbə günü start verilib.Açılış günündə iki qarşılaşma baş tutub.
Paralel keçən görüşlərdən birində “Qaradağ Lökbatan” “Lökbatan OİK stadionu”nda “Şəki”ni qəbul edib. Qarşılaşmanı Pərviz İbrahimov idarə edib. Matçda 12:0 qalib gələn “Qaradağ Lökbatan” adını II təsnifat mərhələsinə yazdırıb.
“Qaradağ Lökbatan”-“Şəki”-12:0
Qollar: 2.Rəvan Abasov(1:0),3. Əjdər Hacılı(2:0), 11. İlkin Əliyev(3:0), 16.Hüseyn
Hüseynli(4:0), 17. Kamil Mahmudov(5:0), 49. Əjdər Hacılı(6:0), 51. İbrahim Novruzov(7:0),58. Əjdər Hacılı(8:0), 71. Vüsal Alızadə(9:0), 78. İbrahim Novruzov (10:0), 82. İlkin Əliyev (11:0), 84. İbrahim Novruzov( 12:0) //
Qırmızı vərəqələr: //
Paralele keçən ikinci görüşdə “Şəmkir” “Şirvan OİK stadionu”da “Ağstafa Gəncləri”ni qəbul edib. Matçda 1:5 qali gələn “Ağstafa Gəncləri” adını II təsnifat mərhələsinə yazdırmağa nail olub.
“Şəmki”-“Ağstava Gəncləri”-1:5
Qollar: 52. Ruslan Allahverdiyev(1:4) // 2. Qəşəm Məmmədov(0:1), 18. Elçin Qasımov(0:2), 24. Elgün Namazov(0:3),40. Elçin Qasımov(0:4), 73. Hüseyn Alıyev(p)(1:5)
Qırmızı vərəqələr: //
Dünən üç qarşılaşma baş tutub.
I qarşılaşmada “Difai” “Palms Sports FM (IV m.)”da “Zəngəzur”u qəbul edib. Qarşılaşmanı Murad Səlimov idarə edib. Matçda 1:3 qalib gələn “Zəngəzur” II təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Difai”-“Zəngəzur”-1:3
Qollar: 42. Elvin Qurbanov(1:2) // 21. Ruslan Voronsov(0:1), 27. Ruslan Voronsov(0:2), 42. Kənan Mirzəliye(1:3)
Qırmızı vərəqələr: //
II qarşılaşmada “Marafon” “Marafon Arena”da “Dinamo”nu qəbul edib. Qarşılaşmanı Səbuhi Bayramov idarə edib. Matçda 3:0 qalib gələn “Marafon” II təsnifat mərhələsinə yüksəlib.
“Marafon”-“Dinamo”-3:0
Qollar: 28. İlham Allahverdiyev(1:0), 45.Tofiq Nəsibov(2:0), 74. Pərviz Qaraxanov(p)(3:0) //
Qırmızı vərəqələr: //
III qarşılaşmada “Şirvan” “Şirvan OİK stadionu”da “Kür-Araz”ı qəbul edib. Qarşılaşmanı Nazim Abdullayev idarə edib. Görüşdə 1:3 qalib gələn “Kür-Araz” II təsnifat mərhələsinə yazdıra bilib adını.
“Şirvan”-“Kür-Araz”-1:3
Qollar: 85. Elgün Xəlilov(1:3) //9. Həmzə Əliyev(0:1), 32. Bayram Əliyev(0:2), 38. Bayram Əliyev(0:3)
Qırmızı vərəqələr: //
Bu gün bir qarşılaşma baş tutub.
Günün yeganə I təsnifat mərhəsinin sonuncu görüşündə “Ağdaş” “Ağdaş şəhər stadionu”nda “Hypers”i qəbul edəcək. Qarşılaşmanı Mahmud Bağırzadə idarə edəcək. Matçda 1:6 qalib gələn “Hypers” adını 1/6 final mərhələsinə yazdırmağa nail olub.
“Ağdaş”-“Hypers”-1:6
Qollar: 14. Ümid Mahmudov(1:2) // 4. Nail Təhməzli(0:1), 9. Vüqar Əşrəfli(0:2), 44. Asim Babazadə(1:3), 74. Asim Babazadə(1:4), 77. Vüqar Əşrəfli(1:5), 90. Aqil Nəzərov(1:6)
Qırmızı vərəqələr: //
II təsnifat iştirakçıları:
“Şimal”-“Araz-Naxçıvan”
“Marafon”-“Zaqatala”
“İmişli”-“Qaradağ Lökbatan”
“Kür-Araz”-“Sumqayıt”
“Qəbələ”-“Mingəçevir”
Moik-“Şahdağ Qusar”
“Xankəndi”-“Gəncəbasar”
“Hypers”-“Şamaxı”
“Şəfa”-“Ağstafa Gəncləri”
“Zəngəzur”-“Karvan-Yevlax”
“Səbail”-“Zirə”
“Kəpəz”-“Baku Sportinq”
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 27-29 Oktyabr tarixlərində baş tutacaq.
