Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəni başa vurub. Şimali Makedoniyanın ev sahibliyi ilə keçirilən 3-cü turun son qarşılaşmasında komandamız İsveçrə yığması ilə üz-üzə gəlib.
Strumitsa şəhərində təşkil olunan görüşün qalibi İsveçrə millisi olub.
Millimiz Avropa Liqasında ümumilikdə 6 oyun (Azərbaycan – İsveç 0:3, Azərbaycan – Estoniya 3:0, Azərbaycan – Şimali Makedoniya 3:0, Azərbaycan – İspaniya 1:3, Azərbaycan – İsrail 3:0, Azərbaycan – İsveçrə 0:3) keçirib. Komandamız yarışı 3 qələbə, 9 xalla başa vurub.
Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 24 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 27 iyun -12 iyul tarixlərində baş tutacaq.
Avropa Liqası (qadınlar)
20 iyun 2026
İsveçrə – Azərbaycan 3:0 (25:18, 25:20, 25:22)
