
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna Cümə günü start verilmişdi. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun açılış matçında “Turan Tovuz” “Azersun Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Turan Tovuz” Filpp Ozobiçin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Zirə”-1:0. Oyunun 19-cu dəqiqəsində Xorve Silva “Turan Tovuz”un ikinci topuna imza atıb-“Turan Tovuz”-“Zirə”-2:0. Görüşün ilk hissəsi “Turan Tovuz”un 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və matç 2:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Sumqayıt”-“Qəbələ”-0:0. Oyunun ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“Sumqayıt”-“Qəbələ”-0:0.
Dünən iki qarşılaşma təyin edilsə də qarşılaşmalardan biri baş tutub.
Günün təyin edilən ilk və keçirilən yeganə oyununda “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 32-ci dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Araz-Naxçıvan”-0:1. İlk hissə “Araz-Naxçıvan”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Felipe Santos penaltidən dubl edərək özünün və “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Karvan”-“Yevlax”-0:2. Bu görüşdə vurulan son qol olub və “Araz-Naxçıan” matçdan 0:2 qalib ayrıldı.
Günün ikinci oyunu olan və “Palms Sports Arena”da baş tutmalı olan “Neftçi”-“Qarabağ” oyunu “Qarabağ”ın avrokuboklardakı matçı ilə əlqədar olaraq təxirə salınıb.
Bu gün iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpi Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“İmişli”-“Şamaxı”-0:0. Görüşün ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“İmişli”-“Şamaxı”-0:0.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Sabah”-“Kəpəz”-0:0. Oyunun 87-ci dəqiqəsində “Sabah” Karim Parrisin qolu ilə hesabı açıb-“Sabah”-“Kəpəz”-1:0. Oyunun 90+8-ci dəqiqəsində “Kəpəz” azlıqda qalıb. Komandanın heyətindən Şakir Seyidov qırmızı vərəqə alaraq meydandan qovuldu-“Sabah”-“Kəpəz”-1:0. Bu oyunda yadda qalan son hadisə oldu və “Sabah” matçdan 1:0 qalib ayrıldı.
NƏTİCƏLƏR:
“TURAN TOVUZ”-“ZİRƏ”-2:0
“SUMQAYIT”-“QBƏLƏ”-0:0
“KARVAN-YEVLAX”-“ARAZ-NAXÇIVAN”-0:2
“NEFTÇİ”-“QARABAĞ”-TƏXİRƏ SALINIB.
“İMİŞLİ”-“ŞAMAXI”-0:0
“SABAH”-“KƏPƏZ”-1:0
TURNİR CƏDVƏLİ:
