
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turuna Şənbə günü start verilib. Açılış görüşündə bir qarşılaşma baş tutub.
Günün yeganə və turun açılış qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Sumqayıt”-0:0. Oyunun 51-ci dəqiqəsində “Sumqayıt” Səbuhi Abdullazadənin penaltidən qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:1. Oyunun 90+4-cü dəqiqəsində Coy Sleyd Mikels “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Sumqayıt”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənmələ bir xala qane oldular-“Karvan-Yevlax”-“Sumqayıt”-1:1.
Bazar günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərlənə bilməyib-“Şamaxı”-“İmişli”-0:0. İkinci hissəsə qol səsi gəlmədi və görüş başladığı hesabla bitdi-“Şamaxı”-“İmişli”-0:0.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 15-ci dəqiqəsində “Qarabağ” Joni Montiel penaltidən qolu ilə hesabı açıb-“Qarabağ”-“Araz-Naxçıvan”-1:0. Oyunun 33-cü dəqiqəsində Leandro Andrande “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-2:0. Oyunun 36-cı dəqiqəsində Leandro Andrade dubla imza ataraq özünün və “Qarbağ”ın üçüncü topuna imza atdı-“Qarabağ”-“Araz-Naxçıvan”-3:0. İlk hissə “Qarabağ”ın 3:0 üstünlüyü ilə başa çatıb.Oyunun 64-cü dəqiqəsində Kamila Duran penaltidən “Qarabağ”ın dördüncü topuna imza atıb-“Qarbağ”-“Araz-Naxçıvan”-4:0. Oyunun 83-cü dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın beşinci topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-5:0.Oyunun 89-cu dəqiqəsində Kamila Duran “Qarabağ”ın altıncı topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-6:0. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” matçdan 6:0 qalib ayrıldı.
Dünən daha iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 5-ci dəqiqəsində “Zirə” Eren Aydının qolu ilə hesabı açdı-“Zirə”-“Kəpəz”-1:0.Oyunun 32-ci dəqiqəsində Rauf Hüseyinli “Kəpəz”in bərabərlik topuna imza atıb-“Zirə”-“Kəpəz”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Zirə”-“Kəpəz”-1:1. Oynun 51-ci dəqiqəsində Dioqo Verdaska “Kəpəz”in ikinci topuna imza ataraq komandasını hesabda irəli çıxardıb-“Kəpəz”-“Zirə”-1:2.Oyunun 90+7-ci dəqiqəsində Ruan Renato “Zirə”nin ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Zirə”-“Kəpəz”-2:2. Bu oyunda vurulan son qol oldu tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Zirə”-“Kəpəz”-2:2.
Günün ikinci qarşılaşmasında isə “Neftçi” “Palms Sports Arena” “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissə başladğı hesabla bitib-“Neftçi”-“Turan Tovuz”-0:0. Oyunun 56-cı dəqiqədə “Turan Tovuz” Joarlem Santosun qolu ilə hesabı açdı-“Neftçi”-“Turan-Tovuz”-0:1. Bu oyunda vurulan son qol oldu və “Turan Tovuz” matçdan 0:1 qalib ayrıldı.
Bu gün bir qarşılaşma baş tutub.
Günün və turun sonuncu görüşündə “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Sabah”-“Qəbələ”-1:0. Oyunun 24-cü dəqiqəsində Aleksey İsayev “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Qəbələ”-2:0. Oyunun 32-ci dəqiqəsində Coy Lens Mikels dubl edərək özünün ikinci və “Sabah”ın üçüncü topuna imza atıb-“Sabah”-“Qəbələ”-3:0.Oyunun 40-cı dəqiqəsində Kahim Parris “Saba”ın dördüncü topuna imza atdı-“Sabah”-“Qəbələ”-4:0. İlk hissə “Qarabağ”ın 4:0 üstünlüyü ilə başa çatdı. Oyunun 53-cü dəqiqəsində Aron Maluda “Sabah”ın beşinci topuna imza atıb-“Sabah”-“Qəbələ”-5:0. Oyunun 63-cü dəqiqəsində Cessi Sekidika “Sabah”ın altıncı topuna imza atıb-“Sabah”-“Qəbələ”-6:0. Oyunun 77-ci dəqiqəsində Rəham Daşdəmirov “Sabah”ın yeddinci topuna imza atıb-“Sabah”-“Qəbələ”-7:0. Oyunun 87-ci dəqiqəsində Adriel Ba Louanın qolu ilə “Qəbələ” hesab arasındakı fərqi azaldıb-“Sabah”-“Qəbələ”-7:1. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçda “Qəbələ”ni 7:1 darmadağın etdi.
NƏTİCƏLƏR:
“KARVAN-YEVLAX”-1:1
“ŞAMAXI”-“İMİŞLİ”-0:0
“QARABAĞ”-“ARAZ-NAXÇIVAN”-6:0
“ZİRƏ”-“Kəpəz”-2:2
“NEFTÇİ”-“TURAN TOVUZ”-0:1
“SABAH”-“QƏBƏLƏ”-7:1
TURNİR CƏDVƏLİ:

