Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna Bazar günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 74-cü dəqiqəsində İsmael Akinadenin qolu ilə “Qəbələ” hesabl açıb-“Kəpəz”-“Qəbələ”-0:1. Oyunun 90-cı dəqiqəsində Domi Massumo “Qəbələ”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Qəbələ”-0:2. Bu oyunda vurulan son qol oldu və “Qəbələ” matçdan 0:2 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionun”da “Neftçi”ni qəbul edib. Artıq oyunun 36-cı dəqiqəsində “Neftçi” Fredi Varqasın qolu ilə hesabı açıb-“Sumqayıt”-“Neftçi”-0:1. İlk hissə “Neftçi”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 53-cü dəqiqəsində Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik topua imza atıb-“Neftçi”-“Sumqayıt”-1:1. Oyunun 65-ci dəqiqəsində İfeanyi Metyu “Neftçi”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Neftçi”-“Sumqayıt”-1:2. Oyunun 89-cu dəqiqəsində Vensan Abubakar “Neftçi”nin üçüncü topuna imza atıb-“Sumqayıt”-“Neftçi”-1:3. Bu oyunda vurulan son qol olub və “Neftçi” matçdan 1:3 qalib ayrılıb.
Dünən bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 23-cü dəqiqəsində “Qarabağ” Leandro Andradenin qolu ilə hesabı açıb-“Qarabağ”-“Karvan-Yevlax”-1:0. Oyunun 31-ci dəqiqəsində Kamila Duran “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-2:0. Oyunun 40-cı dəqiqəsində Dani Bolt “Qarabağ”ın üçüncü topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-3:0. Oyunun 43-cü dəqiqəsində Abdulla Zubir “Qarabağ”ın dördüncü topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-4:0. Oyunun 45-ci dəqiqəsində Kamila Duran dubl edərək özünün ikinci “Qarabağ”ın beşinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-5:0. İlk hissə “Qarabağ”ın 5:0 üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Kamila Duran “xett-trik” edərək özünün üçüncü komandasının altıncı topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-6:0. Oyunun 64-cü dəqiqəsində Leandro Anrade dubla imza ataraq özünün ikinci komandasının yeddinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-7:0. Bu oynda vurulan son qol oldu və “Qarabağ” matçdan 7:0 qalib ayrıldı.
Bu gün üç qarşılaşma baş tutub.
Günün açılış qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 45-ci dəqiqəsində “İmişli” Dioqo Kardozunun qolu ilə hesabı açıb-“İmişli”-“Turan Tovuz”-1:0. İlk hissə “İmişli”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 53-cü dəqiqəsində Mark Rene Mampassi “Turan Tovuz”un bərabərlik topuna imza atıb-“İmişli”-“Turan Tovuz”-1:1. Bu oyunda son qol oldu və tərəflər matçda hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Turan Tovuz”-1:1.
Günün ikinci qarşılaşmasında Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Komplkesinin Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Zirə”-“Şamaxı”-0:0. Oyunun 52-ci dəqiqəsində “Şamaxı” azlıqda qalıb. Komandanın heyətində Dioqo Balau qırmızı vərəqə alaraq meydandan qovulub-“Zirə”-“Şamaxı”-1:0. Oyunun 69-cu dəqiqəsində “Zirə” Leroy Mikelsin qolu ilə hesabı açıb-“Zirə”-“Şamaxı”-1:0.Oyunun 90+2-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Zirə”-“Şamaxı”-1:1 . Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Zirə”-“Şamaxı”-1:1.
Günün və turun sonuncu qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Sabah”ı qəbul edib. Artıq oyunun 7-ci dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Sabah”-1:0. Oyunun 13-cü dəqiqəsində Velko Simiç “Sabah”ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Sabah”-1:1.Oyunun 26-cı dəqiqəsində Hamidu Keyta “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Araz-Naxçıvan”-“Sabah”-2:1.Oyunun 37-ci dəqiqəsində Coy Lens Mikels penaltidən “Sabah”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Araz-Naxçıvan”-“Sabah”-2:2. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatı-“Araz-Naxçıvan”-“Sabah”-2:2. Oyunun 67-ci dəqiqəsində Coy Lens Mikels penaltidən dubl edərək özünün ikinci “Sabah”ın üçüncü topuna imza ataraq komandasınnı yenidən hesabda önə keçirib-“Araz-Naxçıvan”-“Sabah”-2:3.Oyunun 81-ci dəqiqəsində Kahim Parris “Sabah”ın dördüncü topuna imza atıb-“Araz-Naxçıvan”-“Sabah”-2:4. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 2:4 qalib ayrılıb.
NƏTİCƏLƏR:
“KƏPƏZ”-“QƏBƏLƏ”-0:2
“SUMQAYIT”-“NEFTÇİ”-1:3
“QARABAĞ”-“KARVAN-YEVLAX”-7:0
“İMİŞLİ”-“TURAN TOVUZ”-1:1
“ZİRƏ”-“ŞAMAXI”-1:1
“ARAZ-NAXÇIVAN”-“SABAH”-2:4
TURNİR CƏDVƏLİ:

