• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunmuşdur

17 Avqust, 26 / 16:17
A A
Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunmuşdur

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda, həmçinin xidməti vəzifələrin icrası zamanı şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri Dövlət Sərhəd Xidmətinin Aparatına dəvət olunmuşlar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən danışan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Vətənə layiqli övlad yetişdirdiklərinə görə şəhid ailələrinə dərin minnətdarlığını ifadə etmişdir.

Azərbaycan Sərhəd Mühafizəsinin keçdiyi şərəfli tarixi yoldan, sərhədçilərimizin döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıq və şücaətdən danışılmış, şəhid sərhədçilərin əziz xatirəsinin daim uca tutulduğu vurğulanmışdır.

Tədbir zamanı Azərbaycan Respublikası Prezidentinin 14 Avqust 2026-cı il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhid sərhədçilərə verilmiş dövlət təltifləri onların ailə üzvlərinə təqdim olunmuşdur.

Şəhid ailələri göstərilən ali diqqət və qayğıya, şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Previous Post

Kaspersky “Telegram” vasitəsilə yayılan zərərli iOS proqramı aşkarlayıb

Next Post

"Qarabağ" "Şamaxı"nı qəbul edir-START HEYƏTLƏR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.