• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan Voleybol Federasiyası Bakı Ali Neft Məktəbi arasında anlaşma memorandumu imzalanıb

07 Mart, 26 / 15:40
A A
Azərbaycan Voleybol Federasiyası Bakı Ali Neft Məktəbi arasında anlaşma memorandumu imzalanıb

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Voleybol Federasiyası (AVF) ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında anlaşma memorandumu imzalanıb. İlk olaraq tədbir iştirakçıları BANM-ın ərazisinə, həmçinin idman zallarına baxış keçiriblər.
Sonra memorandumun imzalanması mərasiminə başlanılıb. Sənədi AVF-nin prezidenti Şahin Bağırov və BANM-ın rektoru Elmar Qasımov imzalayıblar.
Bildirilib ki, memorandumun məqsədi gənclərin sağlam həyat tərzinə cəlb olunması, tələbə-gənclər arasında voleybolun təbliği və populyarlaşdırılması istiqamətində əməkdaşlıq etməkdir. Sənədə əsasən, BANM-ın idman zallarından məşqlər və oyunların təşkili üçün istifadə olunacaq. Həmçinin yaxın gələcəkdə aşağı yaş qrupları üzrə yığma komandaların məşqlərinin burada keçirilməsi nəzərdə tutulur. Tələbələr üçün voleybol idman növünə dair maarifləndirici görüşlərin, kursların təşkil olunacağı, peşəkar məşqçilər tərəfindən təlimlər keçiriləcəyi də vurğulanıb. Bundan əlavə, federasiya BANM tələbələrini ölkəmizdə keçiriləcək yerli və beynəlxalq voleybol yarışlarında tamaşaçı kimi iştirak etmələri üçün biletlərlə təmin edəcək. Tədbirdə bildirilib ki, memorandumun həyata keçirilməsi tələbələr üçün idman infrastrukturundan səmərəli istifadə, peşəkar məşq imkanlarının artırılması və voleybolun populyarlaşdırılmasına töhfə verəcək.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Previous Post

13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək

Next Post

Həcc ziyarətinə müraciət vaxtı bitir, yerlər hələ qalıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.