• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycanda benzinin qiyməti ilə bağlı AÇIQLAMA

12 Mart, 26 / 21:58
A A
Azərbaycanda benzinin qiyməti ilə bağlı AÇIQLAMA

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

“Yaxın Şərqdəki geosiyasi gərginlik və müharibə neftin dünya bazarındakı qiymətlərini artırıb. Lakin bu artım Azərbaycanda benzin və dizel qiymətlərinə birbaşa təsir göstərməyəcək. Çünki ölkədə yanacaq qiymətləri bazar prinsipləri ilə deyil, Tarif Şurası tərəfindən tənzimlənir”.

Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

O, qeyd edib ki, benzin və dizelin qiyməti adətən illik inflyasiya, istehsal xərcləri və digər iqtisadi amillər nəzərə alınmaqla dəyişir. Praktikada isə qiymətlərin aşağı salınması halları demək olar ki, müşahidə olunmur, yəni ucuzlaşma ehtimalı çox aşağıdır:

“Benzin və dizelin bahalaşması yalnız o halda mümkündür ki, onların istehsal və ya logistika xərclərində artım baş versin. Hazırda dünya bazarında neftin qiymətinin artması isə əsasən dövlət büdcəsinə və Neft Fondunun gəlirlərinə müsbət təsir göstərir. Bu baxımdan neftin bahalaşması Azərbaycan dövləti üçün müəyyən mənada əlverişli hesab olunur. Yanacağın ucuzlaşması isə indiyədək faktiki olaraq yalnız bir dəfə baş verib və bu da digər yanacaq növlərinin qiymətində dəyişikliklə bağlı olub. Ümumiyyətlə, Azərbaycanda tez-tez istifadə olunan yanacaq növlərinin qiymətləri müəyyən edilərkən həm beynəlxalq bazar, həm də qonşu ölkələrdəki qiymətlər nəzərə alınır. Buna baxmayaraq, ölkə daxilində yanacaq qiymətləri bir çox dövlətlərlə müqayisədə hələ də aşağı səviyyədə qalır. Bu səbəbdən də yaxın dövrdə yanacağın ucuzlaşacağı ehtimalı çox aşağı qiymətləndirilir”.

Ekspertin sözlərinə görə, Azərbaycan neft ixracatçısı ölkə olduğuna görə daxildə qiymətlər hələlik stabil qalır. Yaxın Şərqdəki gərginliyin əsas təsiri isə dünya bazarında neftin bahalaşması və bunun nəticəsində büdcə gəlirlərinin artması ilə məhdudlaşır.

//metbuat.az

Previous Post

“YAŞAT” Fondu “Tufandağ”da növbəti qış düşərgəsi reallaşdırıb

Next Post

Ramazan ayının 23-cü gününün duası - İmsak və iftar vaxtı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.