• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açıldı

13 Mart, 26 / 23:54
A A
Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açıldı

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “Paddle Europe” (Avropa Kanoe Assosiasiyası – PEU) ilə çoxşaxəli əməkdaşlıq qurub. Azərbaycanın strateji coğrafi mövqeyi, inkişafyönümlü fəaliyyətlərə ev sahibliyi etmək imkanları, eləcə də “Paddle Europe” (Avropa Kanoe Assosiasiyası – PEU) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasındakı mövcud yüksək əməkdaşlıq imkanları nəzərə alınaraq tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb.

Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov imza mərasimində iştirak ediblər. Sənədə əsasən tərəflər Bakıda qurumun ofisini yaratmaqla Şərqi Avropa, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək və kanoe idman növlərinin inkişafı, həmçinin Sərsəng su anbarında beynəlxalq yarışların, təlim-məşq toplanışlarının təşkili sahəsində əməkdaşlıq edəcəklər.

Həmçinin gələcəkdə regionda təlim imkanlarını artıracaq infrastruktur layihələri nəzərdən keçirilə bilər. Tərəflər Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, Avropa və Asiyada kanoe idman icmaları arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdıracaq. Bu əməkdaşlıq birgə təlimlər, məşqçi və liderlik təhsili, tədbirlərdə iştirak və qarşılıqlı uyğun sahələrin inkişafını əhatə edəcək.

Əməkdaşlığın effektiv koordinasiyası və şəffaf qərar qəbulu üçün tərəflər birgə idarəetmə orqanı yaradacaqlar. Bununla əlaqədar olaraq, hər iki tərəfdən bərabər sayda nümayəndədən ibarət Birgə İdarəetmə Qrupunun yaradılması nəzərdə tutulur.

Previous Post

“Evi, işi olmayanla ailə qurmayın”

Next Post

Azərbaycan birinciliyində yarımfinalçılar müəyyənləşib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.