• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycanda repetitorluq sisteminə son QOYULUR?

22 Aprel, 26 / 16:01
A A
Azərbaycanda repetitorluq sisteminə son QOYULUR?

Azərbaycanda repetitorluq sisteminə son qoyula bilər.

Son illər Azərbaycanda təhsil sistemində aparılan islahatlar repetitorluq məsələsinin gələcəyi ilə bağlı müzakirələr aktuallaşdırıb.

Bu əsasda fikirlər səslənir ki, təhsil sistemi “məktəb+repetitor” modelindən uzaqlaşaraq, yalnız məktəb əsaslı öyrənmə modelinə keçid etməyə hazırlaşır.

Bu yol mərhələli şəkildə repetitorluqdan imtinaya hesablanıb. Əsas məqsəd şagirdin əlavə hazırlığa ehtiyac olmadan məktəb daxilində tam və keyfiyyətli təhsil almasını təmin etməkdir.

Təhsil eksperti Məzahir Məmmədli Bakupost.az-a bildirib ki, Elm və Təhsil Nazirliyinin xüsusi nəzarəti altında yaradılmağa başlanılan məktəb-liseylər repetitorluğa son qoymaq yolunda mühüm addım olacaq:

“Yeni formalaşmaqda olan bu məktəblərdə hazırlıqsız, repetitor yanına getmədən ali məktəblərə hazırlaşmağa imkan yaranacaq. Burada humanitar, dəqiq və texniki elmlər üzrə ayrı-ayrı qruplar olacaq. Belədə, tədricən repetitor yanına getməyə ehtiyac qalmayacaq. Hələlik Bakı və regionları əhatə edən onlarla belə pilot məktəb formalaşıb”.

Həmsöhbətimiz deyir ki, repetitorluğun inkişafı birbaşa olaraq ali təhsil müəssisələrinə qəbulla bağlıdır:

“Valideynlər uşaqlarının ali təhsil almasında problem yaşanmaması üçün ibtidai siniflərdən belə övladlarını hazırlığa yönləndirir. DİM-in saldığı çətin suallar valideyn və abituriyentlərdə qorxu, stress yaradır. Ona görə də üstünlüyü məktəbə deyil, DİM-in hazırladığı əlavə vəsaitlərə verirlər. Yeni yanaşma metoduna keçildiyi təqdirdə isə buna ehtiyac qalmayacaq”.

//milli.az

Previous Post

"Atam küçədə yıxılıb, ona kömək edən OLMAYIB"

Next Post

Pərviz Bülbüləyə NƏ OLUB? - Tanınmaz dərəcədə ARIQLADI - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.