• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycanda vizasız gediş-gəliş olan ölkələrin sayı artırılacaq

20 Avqust, 26 / 20:40
A A
Azərbaycanda vizasız gediş-gəliş olan ölkələrin sayı artırılacaq

Azərbaycanda gəlmə turizminin təşviqi məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrin sayının artırılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, ümumvətəndaş pasportları əsasında hədəf turizm ölkələrinin vətəndaşlarına münasibətdə birtərəfli və ya qarşılıqlı qaydada vizasız gediş-gəliş rejiminin tətbiqi üçün zəruri dövlətdaxili prosedurlar həyata keçiriləcək.

Proqramın aralıq nəticəsi kimi 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır.

Tədbirin icra müddəti 2026-2030-cu illəri əhatə edir.

Tədbirin əsas icraçısı Nazirlər Kabinetidir. Prosesə Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar cəlb ediləcək.

Dövlət Proqramında viza siyasətinin yumşaldılması ilə yanaşı, turizm məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsi və elektron viza, o cümlədən sərhəddə viza rejimi tətbiq olunan ölkələrin sayının artırılması da nəzərdə tutulub. Çoxdəfəlik elektron vizaların verilməsi üçün “ASAN Viza” sistemi üzrə prosedurların və texniki imkanların yenilənməsi planlaşdırılır.

Bundan başqa, elektron viza rejiminin tətbiq ediləcəyi yeni ölkələrin siyahısının müəyyənləşdirilməsi, sərhəddə viza rejiminin müddətsiz əsaslarla tətbiqinin nəzərdən keçirilməsi və müəyyən ediləcək yeni ölkələrin vətəndaşlarına elektron viza imkanının yaradılması nəzərdə tutulur. Bu tədbirlərin 2026-2027-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Previous Post

Özünə xəsarət yetirən futbolçuya AFFA-dan ağır cəza

Next Post

Azərbaycanda yeni “rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.