Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənov barəsində çıxarılan məhkəmə qərarı açıqlanıb.
Rusiya məhkəməsi Hüseyn Həsənovu çirkli pulların leqallaşdırılması (yuyulması) işi üzrə qiyabi qaydada 4 il müddətinə ümumi rejimli cəzaçəkmə koloniyasına məhkum edib.
Qərarın bloqerin Rusiya ərazisində olmaması səbəbindən qiyabi şəkildə qəbul edildiyi bildirilib.
Xatırladaq ki, Hüseyn Həsənov barəsində cinayət işi başlandıqdan sonra Rusiyanı tərk edib. Hazırda onun Bakıda yaşadığı qeyd olunur.
//milli.az
