• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib

17 İyul, 26 / 16:38
A A
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib

İşğaldan azad olunan ərazilərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində indiyədək 287 385 hektar ərazi təmizlənib.

Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə bağlı keçirilən brifinqdə qurumun İdarə Heyətinin sədri Vüqar Süleymanov açıqlayıb.

Onun sözlərinə görə, əməliyyatlar zamanı 255 200 mina və digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib. Bunlardan 189 097-si digər partlayıcı sursatlar, 42 235-i piyada əleyhinə minalar, 23 868-i isə tank əleyhinə minalardır.

ANAMA sədri bildirib ki, agentlik hazırda müasir texnologiyalar, innovativ metodlar, mexaniki minatəmizləmə vasitələri, xüsusi təlim keçmiş itlər və peşəkar mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir.

Qeyd olunub ki, Azərbaycanın humanitar minatəmizləmə sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə diqqətlə izlənilir və nümunə kimi qiymətləndirilir.

Vüqar Süleymanov vurğulayıb ki, ən müasir texnologiyalardan istifadə edilməsinə baxmayaraq, bu sahədə əsas amil insan əməyidir. Onun sözlərinə görə, minaaxtaranların peşəkarlığı, dəqiqliyi və məsuliyyəti əməliyyatların uğurla həyata keçirilməsində mühüm rol oynayır.

//milli.az

Previous Post

Bu dəfə Dağıstanda avtobus sürücüsü sərnişinlərdən küsdü - VİDEO

Next Post

Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.